17.01.2020

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Xaçmaz rayon ümumtəhsil məktəblərində anım tədbirləri keçirilir.    

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Xaçmaz rayon ümumtəhsil məktəblərində anım tədbirləri keçirilir.

Məktəblilərin Şəhidlər xiyabanına yürüşləri, orada məkrəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyaların nümayişi təşkil olunur. Anım tədbirləri çərçivəsində məktəblərdə, həmçinin “Açıq dərs”lər, rəsm, “Qanlı Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı, şeir müsabiqələri, şagird təqdimatları keçirilir.

Keçirilən bütün tədbirlərin məqsədi məktəblilərə  30 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olmasını çatdırmaq, bütün vəhşiliklər qarşısında Azərbaycan xalqının mübarizə əzminin heç zaman qırılmadığını xatırlatmaq və 20 Yanvar şəhidlərinin xatirəsinin hüzn və hörmətlə anılmasıdır.

 


Açar sözlər: ,  ,  ,