17.01.2020

Xaçmaz rayonunun Fərzəlioba kəndində yeni modul tipli məktəb binasının açılışı olub

Bu gün rayonun Fərzəlioba kəndində  yeni modul tipli 96 şagird yerlik məktəb binasının açılış olub.

Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin, 2 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzinin,Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Mərasim ilk öncə Dövlət himninin səslənməsi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Kazım İbrahimxəlilov açaraq yeni modul tipli məktəb binasının istifadəyə verilməsi münasibətilə  müəllim və şagirdləri, onların valideynlərini təbrik edib, çıxışında Fərzəlioba kəndində də yeni modul tipli məktəbin tikilib müəllim və şagirdlərin istifadəsinə verildiyinə, hər bir sahədə olduğu kimi elmə, təhsilə göstərdiyi diqqət və qayğıya görə ilk növbədə ölkə Prezidenti İlham Əliyev cənablarına pedaqoji kollektiv və valideynlər adından təşəkkür və minnətdarlığını bildirib.    

Digər çıxış edənlər də müəllim və şagirdləri ,onların valideynlərini yeni məktəb binasının açılışı münasıbətilə təbrik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil siyasətinin bu gün möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar, şagirdlərə dövlətimiz tərəfindən onlara yaradılan şəraitdən faydalanmağı, yeni məktəbdə daha səylə oxumağı tövsiyə ediblər.

 Daha sonra məktəblilər Vətənə, müəllimə həsr olunan şeirlər səsləndiriblər.

Sonda rəsmi lent kəsildikdən sonra zəng sədaları altında şagirdlər sinif otaqlarına daxil olublar.

 

 


Açar sözlər: ,  ,  ,