29.01.2020

Xudat şəhərində 432 şagird yerlik məktəb binasının tikintisinə başlanılıb

Xaçmaz rayonu şəhid Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəbin binası 93 il öncə istifadəyə verilib.İstismar müddətini başa vuran köhnə məktəb binası yenisi ilə əvəz olunur.Tikintisinə bir ay öncə başlanılan yeni təhsil müəssisəsi 432 şagird yerlikdir.Yeni məktəb binasının tikintisi müəllim, şagird və valideynlərin sevincinə səbəb olub.

İnşa olunan yeni bina 3 korpus, 2 mərtəbədən ibarət olacaq.Təhsil müəssisəsində bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Məktəb müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.

Təhsil müəssisəsi yeni tədris ilində istifadəyə veriləcək.

 

 

 

 


Açar sözlər: ,  ,