05.02.2020

Respublika Fənn Olimpiadalarının I mərhələsinin qalibləri ilə görüş keçirilib    

    Xaçmaz Rayon Təhsil Şöbəsinin akt zalında Fənn Olimpiadalarının Respublika I mərhələsinin qaliblərinin görüşü keçirilib. Görüşdə Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, fənn müəllimləri və qaliblər iştirak ediblər.

    Görüşü RTŞ-nin müdiri Mədinə xanım Nurməmmədova açaraq Ölkə Başçımızın hər zaman təhsil sahəsini diqqət mərkəzində saxladığını, bu sahəyə olan dövlət qayğısından, şagirdlər arasında keçirilən fənn oimpiadalarının yüksək əhəmiyyətindən danışıb, qalibləri təbrik edib, şagirlərinin uğur qazandığı fənn müəllimlərinə, onların valideynlərinə  təşəkkürünü bildirib. Qeyd edib ki, istedadlı gənclərin vaxtında üzə çıxarılması ölkənin dayanıqlı inkişafının və işıqlı gələcəyinin təminatıdır.

    Sonra fənn olimpiadalarının Rayon Təşkilat Komitəsinin koordinatoru  Azad Bədəlov 2019-2020 -ci tədris ilində keçirilmiş fənn olimpiadasının I turun nəticələri və növbəti mərhələləri haqqında geniş məlumat verib, şagirdlərə növbəti mərhələlərdə uğurlar arzulayıb.

    Görüşdə  müəllim və şagirdlər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ilk növbədə Ölkə Başçısına öz minnətdarlığ və təşəkkürlərini bildiriblər, növbəti mərhələdə də yüksək nəticələr əldə etmək üçün daha səylə çalışacaqlarına söz veriblər.