07.02.2020

Gənc müəllimlərin peşəkar inkişafı” təlimləri  uğurla davam etdirilir

Layihənin icra müddəti 01 dekabr 2019- ci il tarıxdən başlayaraq, 31 yanvar 2020 -ci il tarixədək davam etdirilib. Layihə təhsilin keyfiyyətini yüksəltmək üçün müəllimlərin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, innovativ təlim metodologiyasının və resursların mənimsənilməsi üçün onlara köməklik göstərməklə yaradıcı müəllim ordusunun yaradılması məqsədi daşıyıb.

Layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən 30 ümumi təhsil müəssisəsi əhatə edilib və bu müəssisələrdə işləyən 330 nəfər müəllimlər üçün gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş təlimlər keçirilib. Layihənin həyata keçirildiyi müddətdə təşkil edilən təlimlərə həm ibtidai təhsil pilləsində tam orta təhsil pilləsindən müəllimlər cəlb edilib.

Layihə 3 mərhələdən ibarət olub. Belə ki, I mərhələdə Quba, Qusar və Xaçmaz rayonlarında seçilən gənc müəllimlərə təsdiq olunan proqram əsasında müvafiq təlimlər keçirilib. Daha sonra həmin müəllimlər arasında qiymətləndirmə keçirilib. Nəticələr qənaətbəxş olub. I mərhələni uğurla başa vuran müəllimlər çalışdıqları məktəblərdə öyrəndiklərini bölüşmək üçün müvafiq köməklik göstərilib. Hər iki mərhələ uğurla başa çatdıqdan sonra öyrənilən bilik və bacarıqların tətbiqi üçün qarşılıqlı əməkdaşlıq olunub. Bu zaman I mərhələnin təlimçiləri tərəfindən məktəbə gedilib, zərurət yarandıqda metodiki köməklik göstərilib. Daha sonra layihə boyunca praktiki yanaşmalara əsaslanmala gənc müəllimlərin peşəkar inkişafı adlı metodiki vəsaitin hazırlnmasına başlanılıb. Bu mərhələdə müəllimlər təcrübi faktlara əsaslanan məqamları qeyd etməklə peşəkar inkişafa təsir edən reallıqlara uyğun vəsait hazırlayıblar.

 Sonda müəllimlər arasında yekun qiymətləndirmə və təqdimat həyata keçirilib. Layihədə uğurlu iştirakına görə fərqlənən müəllimlərə müvafiq sertifikatlar təqdim edilib.

 Layihə boyunca müəllimlər İnnovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsədilməsinə və gənc müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edən yeni bilik və bacarıqlar əldə ediblər.

 


Açar sözlər: ,