17.02.2020

Xaçmaz məktəbliləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib

 Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən fevralın 15-də Xaçmaz rayonu Ə.Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbində ümumtəhsil məktəblərin VIII-XI sinif şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.

  Müsabiqənin məktəb mərhələsində fərqlənən VIII siniflər üzrə 32 nəfər, IX siniflər üzrə 29 nəfər, X siniflər üzrə 25 nəfər, XI siniflər üzrə 19 nəfər olmaqla cəmi 105 nəfər şagird rayon mərhələsində iştirak edib. 

 “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi şagirdlərdə Azərbaycan və Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsi, mütaliyə sahəsində məktəblilərin yaradıcılıq qabiliyyətini inkişaf etdirilməsi və istedadlı şagirdləri üzə çıxarılması məqsədi daşıyıb.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsində I və II yerlərə layiq görüləcək şagirdlər  Ölkə mərhələsində iştirak edəcək.

 


Açar sözlər: ,  ,