21.02.2020

Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə 21 fevral “Beynəlxalq Ana dili günü” münasibətilə tədbir keçirilib  

Bu gün Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə 21 fevral “Beynəlxalq Ana dili günü” münasibətilə “Mənim ana dilim, mənim kimliyim” adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllimləri, şagirdlər, valideynlər və RTŞ-nin nümayəndələri  iştirak ediblər.

İlk öncə dövlət himni səsləndirilib, daha sonra ümummilli lider Heydər Əliyevin ana dilimiz haqqında söylədiyi kəlamların video görüntüləri izlənilib, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin oz  dilindən “Ana dili” şeiri səsləndirilib.

  Sonra III sinif şagirdlər marağlı təqdimatlarla çıxış ediblər. Onlar doğma dilimizə aid şeirlər səsləndirib, mahnılar ifa edib, rəqslər oynayıb, marağlı səhnəciklər nümayiş etdirməklə tədbirə daha da rəngarənglik qatıblar.

  Daha sonra məktəbin direktoru Tünzalə Salahovaya söz verilib, ana dilimizin  ən incə və mürəkkəb fikirləri ifadə etməyə qadir dillərdən olduğunu, ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə ana dilinə yüksək qiymət verməsindən danışıb və tədbirin hazırlanmasında zəhməti olan hər bir kəsə öz dərin təşəkkürünü bildirib.

Tədbirin sonunda söz RTŞ-nin Azərbaycan dili və ədəbiyyatı fənninin metodisti İ.Müseyibova verilib. Çıxışında Beynəlxalq Ana dili gününün rayonun ümümtəhsil məktəblərində geniş şəkildə qeyd olunduğunu bildirib. Azərbaycan dilinin zəngin dillərdən biri olmasından, onun saflığının qorunması önəmindən, ölkəmizdə ana dilinin hərtərəfli inkişafından, dilimizin rəsmi dövlət dili statusu alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından söz açıb.Tədbirin hazırlanmasında əməyi olan məktəbin ibtidai sinif müəllimi Nübar Abasovaya və balaca fidanlara öz dərin təşəkkürünü bildirib.

 


Açar sözlər: ,  ,  ,