27.02.2020

Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Fevralın 26-da Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində, mərkəzin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin, İdman və Gənclər İdarəsinin nümatəndələri, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra rayonun ümumtəhsil məktəb şagirdləri tərəfindən “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub,video çarx izlənilib.Məktəblilər müxtəlif səhnəciklər, şeirlər və məlumatlandırıcı çıxışları ilə tədbir iştirakçılarına o acı günlərin sözlü təsvirini yaradıblar.

Sonra söz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə xanım Nəzərovaya verilib, Çıxışında Xocalı soyqırımında erməni vandalizmlərinin törətdiyi vəhşiliklərdən, soyqırımla bağlı tarixi faktlardan söz aşıb, Xocalı soyqırımının Azərbaycan tarixinin qan yaddaşına çevrildiyini bildirib.

Sonra söz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədovaya verilib.O,şıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin özünün əsl siyasi-hüququ qiymətin verilməsindən, soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirlərin görülməsindən, rayonun ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr olunan mühazirələrin, dəyirmi masaların, ədəbi-bədii kompasızıyaların, videoçarxların, divar qəzetlərinin, bülletenlərin və güşələrin hazırlanmasından söz açıb.

Tədbirdə digər çıxış edən nümayəndələr də Xocalı soyqırmı ilə bağlı müxtəlif mövzularla çıxış ediblər. Çıxışlarında, erməni silahlı qüvvələri tərəfindən və rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işqal etmələrindən, yüzlərlə  dinc və günahsız  sakinlərin amansızcasına qətlə yetirmələrindən, ulu öndərimizin soyqırıma verdiyi hüquqi-siyasi qiymətin verilməsi barədə tədbir iştirakçılarina geniş məlumat veriblər.

 


Açar sözlər: ,