10.06.2020

Respublika fənn olimpiadalarının növbəti final turu keçirilib

İyunun 9-da Respublika fənn olimpiadalarının Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, kimya və biologiya fənləri üzrə final turu keçirilib.

 Oimpiadanın final turunda Xaçmaz rayonun ümumtəhsil məktəblərindən  9 nəfər, digər Quba, Qusar, Şabran və Siyəzən rayon ümumtəhsil məktəblərindən 14 nəfər olmaqla cəmi 23 nəfər şagird iştirak edib.

Olimpiadanın keçirildiyi mərkəzdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi,sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfiksiya işləri aparılıb.

Şagirdlər onlara əvvəlcədən təqdim edilən kod və şifrə vasitəsilə olimpiada.edu.az saytına daxil olaraq öz nəticələri ilə tanış ola biləcəklər. Olimpiadanın nəticələrinin ən qısa zamanda elan edilməsi nəzərdə tutulur.

  Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.


Açar sözlər: ,  ,