Nurməmmədova Mədinə Əlişah qızı

Müdir

 

1951-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. 1980-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1970-ci ildən 1973-cü ilədək Xaçmaz şəhər 2№-li tam orta məktəbində Pioner baş dəstə rəhbəri; 1973-cü ildən 1983-cü ilədək Rayon komsomol komitəsində məktəblər üzrə komsorq, katib, II katib, I katib vəzifəsində işləmişdir.

1983-cü ildən 1991-ci ilədək R.İ.K-də katib, 1991-ci ildən 1998-ci ilədək Rayon Mədəniyyət Şöbəsində müdir, 1998-ci ilin avqust ayından 2001-ci ilin iyul ayınadək Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini vəzifəsində çalışmışdır.

04 avqust 2001-ci ildən, 07 mart 2007-ci ilədək İ.Qayıbov adına Xaçmaz şəhər 3№-li tam orta məktəbin direktoru vəzifəsində işləmişdir.

2007-ci ildən Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır.

2010-cu ildə Respublikanın “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.