Rayonumuzda Xalq Maarif Şöbəsi XX əsrin əvvəllərindən fəaliyyətə başlamışdır. 30-cu illərdən başlayaraq Xalq Maarif Şöbəsinə müxtəlif illərdə 15 nəfər müdir rəhbərlik etmişdir.

1992-ci ildən Xaçmaz Rayon Xalq Maarif Şöbəsinin adı dəyişdirilərək  Xaçmaz Rayon Təhsil Şöbəsi adlandırılmışdır.

1990-cı ildə rayonumuzda 121 ümumtəhsil məktəb, 2014-cü ildən hal-hazıradək 123 məktəb, o cümlədən 56 tam orta, 33 ümumi orta, 34 ibtidai məktəb, 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Rayonun ümumtəhsil müəssisələrində hazırda 26809 nəfər şagird təhsil alır. Həmin məktəblərdə 2615 nəfər müəllim şagidlərin təlim-tərbiyəsi ilə məşğul olur.

70 ümumtəhsil məktəbdə  tədris dili Azərbaycan dilində, 18 məktəbdə tədris dili həm Azərbaycan, həm də rus dilində , 1 ümumtəhsil məktəbdə  isə tədris dili rus dilində aparılır. Son illərdə Xaçmaz rayonunda 37 yeni ümumtəhsil,  2 məktəbdənkənar  məktəb binası inşa olunmuş, 2 məktəb əsaslı təmir olunmuşdur.

Qazandığı nailiyyətlərə görə 2011-2012-ci tədris ilində Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 №-li məktəb-liseyi “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Rayonun  ümumtəhsil məktəblərində müxtəlif tədris illərində bir müəllim iki dəfə və iki müəllim olmaqla cəmi 3 müəllim ”İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.

Xaçmaz Rayon Təhsil Şöbəsi Xaçmaz şəhəri Heydər Əliyev prospekti 7 ünvanında, ona ayrılmış inzibati binada yerləşir.