“Uşaq və gənclərin ən yaxşı yaradacılıq işləri”ndən ibarət Respublika müsabiqəsinin yekun mərhələsi

 

23 dekabr 2016-cı il tarixdə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Uşaq və gənclərin ən yaxşı yaradacılıq işləri”ndən ibarət Respublika müsabiqəsinin yekun mərhələsi və mükafatların təqdimetmə mərasimi keçirilmişdir.Təhsil Nazirliyi tərəfindən “Uşaq və gənclərin ən yaxşı yaradacılıq işləri”nin  “Landşaft dizaynı” nominasiyası üzrə Respublika  müsabiqəsində  R.İsrafilov adına Qobuqıraq kənd ümumi orta məktəbin V sinif şagirdi Muradov Murad Alik oğlu III-yerə layiq görülmüşdür. Şagirdimizə Cənab Nazirin imzaladığı fəxri fərman və qiymətli hədiyyə  təqdim edilmişdir.

Muradı təbrik edir, ona yaradıcılıq işıərində uğur diləyirik.

Qeyd edək ki, Respublika müsabiqəsində 30 nominasiya üzrə 81 məktəbdənkənar təhsil müəssisəsi, ümumtəhsil və internat məktəblərinin şagirdləri iştirak etmişlər.


Açar sözlər: