05.12.2018

     Xaçmaz Olimpiya İdman Kompleksində futbol festifalı keçirilib  

Xaçmaz rayonu Olimpiya İdaman Kompleksində  AFFA-nın Uşaq Gənclər Futbol Fedarasiyasının və Xaçmaz Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında futbal festifalı keçirilib.Tədbirdə AFFA-nın I vitse- prezidenti, millət vəkili Rauf Əliyev, Xaçmaz 56 saylı kənd seçki dairəsi üzrə millət vəkilli İlham Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin müavini Samir Nemətov,Yeni Azərbaycan Partiyasının Xaçmaz Rayon Təşkilatının sədri Nazim Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, rayonun ümumtəhsil məktəblərin idman müəllimləri və şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə Xaçmaz Gənclər İdman İdarəsinin rəisi Elman Məmmədov açaraq ilk öncə tədbir iştirakçılarını salamlayıb və layihənin yüksək əhəmiyyət daşıdığını bildirib. Sonra söz AFFA-nın I prezidenti Rauf Əliyevə verilib, çıxışında “Açıq əyləncəli uşaq futbol məktəbi” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə çərçivəsində ölkəmizdə yaradılan açıq əyləncəli uşaq futbol məktəbləri 2004-cü ildən fəaliyyət göstərir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da geniş vüsət alan bu aksiya münaqişələrin mövcud olduğu ölkələrdə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsilə bir qədər dəyişmək, onların marağını artırmaq, uşaq futbolunun inkişafina dəstək vermək məqsədi daşıyır.

Sonra söz millət vəkili İlham Əliyevə verilib, çıxışında ölkəmizdə idmanın inkişafindan, möhtərm prezidentimizin gənclərə göstərdiyi diqqət və qayğısından, Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi  kimi tanınmasından söz açıb.

Daha sonra  söz Rayon İcra Hakimiyyətinin müavini C.Nemətov, Yeni Azərbaycan Partiyasının Xaçmaz Rayon Təşkilatının sədri N.Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri M.Nurməmmədova çıxışlarında ölkəmizdə keçirilən sosial-iqtisadi inkişafdan, gənc nəsilə və idmanın inkişafına göstərilən dövlət qayğısından, yeniyətmələrin idman sahəsində qazandığı uğurlardan söz açıblar.

Tədbirdə AFFA tərəfindən 150 nəfər  şagirdə müxtəlif idman geyimləri və ləvazimatlar verilib. Xüsusi idman forması geyinmiş uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

 Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli şəkdirilib.