11.12.2018

 “ Sağlam həyat tərzi " mövzusunda seminar – müşavirə keçirilib

Dekabrın 10-da akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyində rayon ictimaiyyətinin, ümumtəhsil və tibb müəssisələrinin iştirakı ilə “Sağlam həyat tərzi” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin bölmə müdiri İqbal Səfərov, Respublika GEM-nin həkim gigiyenisti Narınc Orucova, Xaçmaz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Yaqut Məsimova, Xaçmaz Rayon GEM-nin direktoru Bəxtiyar Haqverdiyev, Xaçmaz RTŞ-nin metodisti Lalə Qədirova iştirak edib.

Seminar-müşavirədə Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin bölmə müdiri İqbal Səfərov çixiş edib. Çıxışında qida təhlükəsizliyinin uşaq həyatında önəmli rol oynamasından, sağlam həyat tərzinin həm ailə,həm də məktəb həyatında formalaşmasının vacıbliyindən söz açıb.

Digər çıxış edənlər də öz çıxışlarında narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirici işin həm şagirdlər, həm də valideynlər arasında aparılmasının vacıbliyini, uşaqlarin icbari dispanserizasiyaya cəlbinin gərəkliyini qeyd ediblər.

Sonda  seminar iştirakçılarının sualları qonaqlar tərəfindən cavablandırılıb.


Açar sözlər: ,  ,  ,