13.12.2018

Xaçmazda  məktəblilər arasında voleybol yarışına 10 komanda qatılıb

11-12 dekabr 2018-ci il tarixlərində Xaçmaz Olimpiya İdman Kompleksində “Məktəblərarası respublika çempionatı”nın qızlardan ibarət voleybol komandası üzrə zona mərhələsi keçirilib. Zona mərhələsində 100-dən çox məktəbli qatılıb. Turnirdə 7,8 və 9-cu sinif şagirdlərindən ibarət 10 komanda mübarizə aparıb.

Turnir Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, zona mərhələsində Abşeron komandası I yerə, Qusar komandası II yerə, Şabran komandası  isə III yerə layiq görülüb. Qalib komandalar diplomlarla təltif edilib.

Turnirdə ilk iki yeri tutan komandalar məktəblilərin respublika çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsində qalib gələn komanda voleybol üzrə məktəblilərin beynəlxalq yarışlarında qüvvəsini sınayacaqlar.