08.02.2019

Xaçmaz rayonun ümumtəhsil məktəblərində “Gəlin, narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

                N.Nərimanov adına Xudat şəhər 2 №li və K.Məhərrəmov adına Xudat şəhər 3 №li tam orta məktəblərin yuxarı sinif şagirdləri arasında  Rayon Polis Şöbəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılğı ilə “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici görüş keçirilib.

Görüşdə Rayon Polis Şöbəsinin  rəisi, polkovnik Nofəl Məhərrəmov, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Musayev, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının narkoloji həkimi Ağakərim Muradxanov, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Hər iki məktəbin rəhbərləri əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə şagirdlər arasında tərbiyəvi mövzuda keçirilən görüşlərin yüksək əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Hər iki məktəbdə keçirilən görüşdə Rayon Polis Şöbəsinin rəisi, polkovnik Nofəl Məhərrəmova çıxış edərək, narkomaniyanın cəmiyyətimzə, dövlətimizə və ümumilikdə bəşəriyyətə qarşı böyük bir bəla olmasından, ciddi fəsadlar vurmasından söz açıb. Narkomaniyaya qarşı mübarizənin aparılmasında polis əməkdaşları ilə birgə vətəndaşların da rolunun vacibliyindən, bu istiqamətdə rayonda aparılan mübarizə tədbirlərindən danışıb.

Sonra söz RTŞ-nin müdiri Mədinə xanım Nurməmmədovaya verilib, çıxış edərək narkotik maddələrin insan sağlamlığına vurduğu zərərlərdən söz açıb. Çıxışında ölkəmizdə həm təhsil, həm də gənclərin asudə vaxtın səmərəli kecirilməsi üçün hər bir şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin mili-mənəvi dəyərlərə zidd olduğunu vurğulayıb.

Digər çıxış edənlər də narkotik vasitələrin, psixotrop maddələrin insan həyatına və cəmiyyətədə törətdiyi mənfi təsirindən, insan orqaniziminə və sağlamlığa vurduğu zərərlərdən  danışıblar.

Keçirilən görüşlərdə müəllim və şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Sonda hər iki məktəbdə “ Bəla” adlı videoçarx nümayiş etdirilib