13.02.2019

Xaçmaz  məktəbliləri arasında “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda növbəti görüş keçirilib  

Rayonun Müqtədir qəsəbə və Nabran kənd tam orta məktəblərin yuxarı sinif şagirdləri arasında  Rayon Polis Şöbəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılğı ilə “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici görüş keçirilib.

Hər iki məktəbdə keçirilən görüşdə Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Musayev, Xaçmaz Rayon Təhsil Şöbəsinin  nümayəndəsi Fikrət Heybətov, Mərkəzi Rayon Xəstəxanasının həkim narkoloqu Ağakərim Muradxanov, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

İlk öncə hər iki məktəbin rəhbərləri yuxarı sinif şagirdləri arasında tərbiyəvi əhəmiyyət daşıyan belə görüşlərin keçirilməsinin yüksək əhəmiyyət daşıdığını qeyd ediblər, gələn qonaqlara öz dərin təşəkkür və minnətdarlıq hissini bildiriblər.

Hər iki məktəbdə keçirilən görüşdə Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov çıxış edərək müasir dünyanın,bəşəriyyətin aktual problemlərindən biri olan narkomaniyanın insan həyatını zəhərləyən bir epidemiyaya çevrilməsindən söz açıb. Qeyd edib ki, gənclərin narkomaniyaya qurşanmasının digər bir səbəbi onların narkotik maddələrə əyləncə kimi baxmasıdır. Gəncləri narkomaniyaya yox deməyi çağırıb, onlara təhsildə müvəffəqiyyətlər arzulayıb.

Digər çıxış edənlər də narkomaniyadan istifadə edən insanların sağlamlığına ağır və sağalmaz xəstəliklərin, sonsuz ağrıların, qorxulu fəsadların yaranmasından söz açıblar.

Keçirilən görüşlərdə müəllim və şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Sonda hər iki məktəbdə “ Bəla” adlı videoçarx nümayiş etdirilib.