22.02.2019

Xaçmaz  məktəbliləri arasında “Gəlin narkomaniyaya yox deyək” mövzusunda  görüşlərin keçirilməsi davam etdirilir

Rayonun A.Məmmədov adına Qusarçay kənd tam orta məktəbin yuxarı sinif şagirdləri arasında  Rayon Polis Şöbəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılğı ilə “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici görüş keçirilib.

Görüşdə Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov, Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Musayev, Mərkəzi Rayon Xəstəxanasının həkim narkoloqu Ağakərim Muradxanov, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

İlk öncə məktəbin direktoru R. Baxışov yuxarı sinif şagirdləri arasında tərbiyəvi əhəmiyyət daşıyan belə görüşlərin keçirilməsinə görə qonaqlara öz dərin təşəkkür və minnətdarlıq hissini bildirib.

Görüşdə  Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov çıxışında narkomaniyanın insanın fiziki sağlamlığına ağır zərbələr vurmasından, ətraf aləmdən təcrid olunmasından söz açıb, gəncləri narkomaniyaya yox deməyə çağırıb, onlara təhsildə müvəffəqiyyətlər arzulayıb,

Sonra söz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədovaya verilib, çıxışında “Narkomaniyaya qarşı mübarizə” mövzusunda yuxarı sinif şagirdləri arasında müxtəlif müsabiqələrin keçirilməsindən söz açıb, narkotikdən istifadə edilməsinin mili-mənəvi dəyərlərə zidd olduğunu vurğulayıb, Dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışıb. Şagirdlərə qarşıdan gələn imtahanlarda uğurlar arzulayıb.

Digər çıxış edənlər də narkomaniyadan istifadə edən insanların sağlamlığında ağır və sağalmaz xəstəliklərin yaranmasından söz açıblar.

Keçirilən görüşdə müəllim və şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Sonda  “ Bəla” adlı videoçarx nümayiş etdirilib.