17.04.2019

Xaçmaz məktəblisi “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsinin qaliblərindən olub

14-15 aprel 2019-cu il tarixlərində Azərbaycan Respublikasında davamlı inkişaf şəraitində ekoloji təhsilin inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Almaniya Əməkdaşlıq Cəmiyyətinin birgə layhəsi üzrə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsi keçirilib.

Respublika  müsabiqəsində Xaçmaz Rayon Uşaq- Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Bayramlı Diana “Tərəvəzçilik” nominasiyası üzrə I yerə layiq görülüb.

Müsabiqənin keçirilməsində məqsəd ekoloji kənd təsərrüfatının inkişafı və Respublikanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə məktəblilərin maarifləndirilməsindən ibarət olub.

İki gün davam edən müsabiqənin final mərhələsində iştirakçılar il ərzində yetişdirdikləri məhsulları, arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik,meşə məhsullsrı, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə təcrübə işlərini nümayiş ediblər.

Qaliblər Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən medallar, diplom və qiymətli hədiyyələrə layiq görülüblər.