30.06.2020

Xaçmaz RTŞ –nin müdiri M.Nurməmmədova tədris ilinin  sonuna dair rayonun ümumtəhsil məktəb rəhbərləri ilə birgə onlayn müşavirə keçirib.

                

Müşavirədə 2019-2020-ci tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran məsələlər müzakirə olunub. Onlayn qaydada keçirilən şura müşavirədə 2019-2020-ci tədris ilinin nəticələri Təhsil rəhbərliyi tərəfində geniş müzakirə olunub.

İlk öncə M.Nurməmmədova çıxışında son aylarda dünyanı bürüyən koronavirus pandemiyası təhsil sistemi qarşısında bir sıra təxirəsalınmaz vəzifələrin qoyulmasından söz açıb. Bildirib ki, Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən göstərilən davamlı dəstək nəticəsində ölkəmizdə olduğu kimi rayonumuzun da ümumtəhsil məktəblərində  koronavirus mübarizə şəraitindən irəli gələn yeniliklərə hazır vəziyyətə gətirə bildi, və nazirlik tərəfindən keçirilən onlayn dərslər bunu deməyə əsas verir.

Daha sonra 2019-2020-ci tədris ilində Respublika Fənn Olimpiadalarının final turunda rayonumuzun beş məktəblisinin müxtəlif fənlər üzrə yüksək nəticələr əldə etməsini, bir nəfəri qızıl, dörd nəfəri isə bürünc medala layiq görülməsini diqqətə çatdırdı.

Müşavirənin sonunda Təhsil rəhbəri məktəb direktorlarına yay tədris tapşırığı almış şagirdlər üçün təsirli tədbirlərin görülməsini, müxtəlif səbəbdən təkrar sinifdə saxlanılmış şagirdlərin təhsildən kənarda qalmamasına yol verməməyi tapşırdı.

 

 

             

 


Açar sözlər: ,