15.02.2021

Xaçmaz rayonunun Xudat şəhərində yeni məktəb binasının açılışı olub  

Xaçmaz rayonunun T.Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəb binasının açılşı olub.  93 yaşlı məktəb binası yenisi ilə əvəz olunub.

Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Rayon İcra Hakimiyyətinin birinci müavini İlhamə Nəzərova, Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev, məktəbin direktoru və digər qonaqlar iştirak edib.

  İki mərtəbədən ibarət 432 şagird yerlik yeni təhsil müəssisəsi 25 sinif otağından,3 labaratoriya otağından, tibb, kitabxana, çağırışaqədərki hərbi hazırlıq kabinetindən, kompüter otağı, fənn kabinetlərindən, 260 yerlik akt zalından, idman zalından, yeməkxana, müasir istilik və işıqlandırma sistemindən ibarətdir.

Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.

Məktəb binasının açılışından sonra qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar.

Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsinin inşası rayon təhsilinin keyfiyyətinin yaxşılaşırılmasında mühüm rol oynayacaqdır.

 


Açar sözlər: ,  ,  ,