26.02.2021

Xaçmaz məktəbliləri arasında Xocalı soyqırımının 29 –cu ildönümü ilə bağlı tədbirlər keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 fevral 2021-ci il tarixli F- 42 nömrəli əmrinə əsasın Xaçmaz rayonun ümumtəhsil məktəblərində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbirlər keçirilib. İlk öncə ümumtəhsil məktəblərində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 26 fevral 2021-ci il tarixdə rayonun bütün ümumtəhsil məkəblərində matəm əlaməti olaraq bayraqlar endirilib.

Karantin rejiminin tələblərini nəzərə alınmaqla rayonun ümumtəhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan tədbirlər həm əyani, həm də onlayn formatda təşkil edilib.

 Rayonun ümumtəhsil məktəblərində “Xocalı faciəsi”nə dair rəsm sərgiləri, divar qəzetləri, fənn bületenlərı təşkil eilib. 26 fevral günündə ilk dərslər Xocalı soyqırımına həsr eilib.

Rayonun ümumtəhsil məktəblərində “Tarixin qan yaddaşı” mövzusunda V-XI sinif şagirdləri arasında həm əyani, həm də onlayn formatda inşa yazıları keçirilb.Rayon Təhsil Şöbəsi tərəfindən keçirilən inşa yazı müsabiqəsində; Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin, Ə.Tahirov adına Köhnə Xaçmaz, B.Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli, şəhər 9 nömrəli, Ç.Abdullayev adına şəhər 2 nömrəli, Hülövlü, Yeni Həyat, Aslanoba, Nərəcan kənd tam orta, Qobuqırağ, Mollabürhan, Sərkərli, Ağaverdioba kənd ümumi orta məktəblərinin şagirdləri fərqlənərək müxtəlif dərəcəli yerlərə layiq görülüblər.

Məktəblilər arasında keçirilən müsabiqələrin və tədbirlərin məqsədi Xocalı faciəsinin qurbanlarını ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq olub.


Açar sözlər: ,  ,