18.03.2021

Xaçmazın peşə təmayüllü siniflərin şagirdləri Vətən müharibəsi qazisini ziyarət ediblər

Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbinin peşə təmayüllü siniflərin qrup rəhbəri Vüsalə Qədirova və şagirdləri ilə birgə Vətən müharibəsi Qazisi, Şuşa uğrunda döyüşlərdə ağır yaralanan, kəşfiyyatçı, müddətdən artıq xidmət edən Sənan Əhmədovu ziyarət ediblər. Peşə təmayüllü sinfin şagirdləri öz əl işlərini, gül qabları və əkdikləri gülləri qaziyə hədiyyə edib,qarşıdan gələn Növruz bayramı münasibətilə təbrik edib, Allahdan şəfa diləyiblər.

Qeyd edək ki, qazi Sənan Əhmədov 1997-ci ildə Xaçmaz rayonunun Xaspoladoba kəndində anadan olub. Vətən müharibəsi başlayan ilk günlərdən kəşfiyyatçı kimi Murovdağ və Kəlbəcər istiqamətində ağır döyüşlərdə vuruşub. Füzuli rayonunun kənd və qəsəbələrinin, Laçın dəhlizinin işğaldan azad olunmasında iştirak edib.

7 noyabr tarixində isə gecə saatlarında Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Hal-hazırda müalicəsi davam etdirilir.

Sənan Əhmədov Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Açar sözlər: ,  ,