24.05.2021

İnşa yazı müsabiqəsinin rayon mərhələsi qaliblərinin mükafatlandırılması  keçirilib

            Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ulu öndərin adını daşıyan mərkəzdə,  Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə xəttilə rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası ” mövzusunda onlayn qaydada keçirilən müsabiqəsinin rayon mərhələsi qaliblərinin mükafatlandırılması mərasımı keçirilib. İştirakçılar pandemiya şəraitinin tələblərinə əməl edərək, ara məsafəni gözləyərək, sipər və maskalardan istifadə ediblər.

            Şagirdlər arasında onlayn qaydada keçirilən müsabiqənin məqsədi Heydər Əlyevin xalqının, dövlətinin müstəqilliyi və  inkişafı naminə əvəzedilməz misilsiz tarixi xidmətlərini, XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biri kimi xalqımızın yaddaşında öz adını tarixi xidmətləri ilə həkk edilməsi, ulu öndərin siyasi kursu möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, hər bir sahədə olduğu kimi elmə, mədəniyyətə və təhsilə göstərdiyi diqqət və qayğısını aşılamaq olub.  

             Sonada qaliblər Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman İdarəsinin rəhbərlərinin birgə imzaladıqları diplom və hədiyyələrlə təltif ediliblər.


Açar sözlər: ,