27.05.2021

Xaçmazda 28 May Respublika Gününə həsr olunan şahmat üzrə onlayn yarış keçirilib

  Bu gün Xaçmaz rayonunda Uşaq Gənclər İdman Şahmat Məktəbinin ( UGİŞM) 28 May Respublika Gününün yaradılmasının 103-cü ildönümünə həsr olunan şahmat blits onlayn turniri keçirilib. “İsveçrə” sistemi üzrə 7 turdan ibarət  olaraq onlayn qaydada  baş tutan yarış təsnifat xarakter daşıyıb. Turnirdə 21 nəfər şahmatçı iştirak edib.

Yarışda  Alxasova Şəmistan 5,5 xalla I yerə, Hacıyev Nihad 5 xalla II yerə, Qasımov Amin 5 xalla III yerə layiq görülüb.

Yarışda  I, II, III yerlərə layiq görülən şahmatçılar Xaçmaz Uşaq Gənclər İdman Şahmat Məktəbinin (UGİŞM) diplomları ilə təltif olunub, onlara gələcəkdə keçirilən yarışlarda uğurlar arzulanılıb.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd rayonda şahmat növünü inkişaf etdirmək və bu idman növünə marağı daha da artırmaq, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılması olub.


Açar sözlər: ,