09.06.2021

 Xaçmaz rayonu üzrə fənn olimpiadalarının  və fənn müsabiqələrinin Respublika final turu qaliblərinin görüşü keçirilib              

Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Elnur Rzayev,Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev, qaliblər, qaliblərin fənn müəllimləri iştirak ediblər.

Görüşü RİH-nin Başçısı Elnur Rzayev açaraq,ölkə başçımızın hər zaman təhsil sahəsini diqqət mərkəzində saxladığından, bu sahəyə olan dövlət qayğısından, şagirdlər arasında keçirilən fənn oimpiadalarının və fənn müsabiqələrinin yüksək əhəmiyyətindən danışıb. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev nailiyyət qazanan şagirdləri və onların müəllimlərini təbrik edərək, onlara növbəti dərs ilində də uğurlarının davamlı olmasını arzulayıb.

Sonra söz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayevə verilib. Çıxışında ilk öncə qalibləri təbrik edib, onlara ən xoş arzularını bildirib, qaliblərə bu yolda uğurlarının davamlı olmasını arzulayıb. Qeyd edib ki, istedadlı gənclərin vaxtında üzə çıxarılması ölkənin dayanıqlı inkişafının və işıqlı gələcəyinin təminatıdır.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində Respublika fənn olimpiadaların final mərhələsində iki nəfər şagird- akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyin X sinif şagirdi Bəkiraov Fərhad coğrafiya fənnindən, rayonun Arzu qəsəbə tam orta məktəbin X sinif şagirdi Mirişov Amin Azərbaycan tarix fənnindən I yer tutaraq “Qızıl medal” mükafatçısı olublar. Eyni zamanda Respublika fənn müsabiqəsinin final mərhələsində akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyin VII sinif şagirdi Dadaşov İlqar II və rayonun Ə.Yəhyayev adına Çiləgir kənd tam orta məktəbin VII sinif şagirdi Yusifli Fateh III yerə layiq görülüblər.

Daha sonra görüşdə “Qızıl medal” mükafatçısı Fərhad Bəkirov bilidirib ki, olimpiadada uğur qazanmaq, qarşısına qoyduğu məqsədə nail olmaq üçün daha çox səy göstərib, çəkdiyi əziyyətin bəhrəsini əldə etdiyi üçün çox sevinir.Əldə etdiyi nailiyyətlərə ölkəmizdə elmə, təhsilə göstərilən diqqət və qayğıya görə ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevə, bu sahədə ona dəstək verən fənn müəlliminə öz dərin  təşəkkürünü bildirib.

Qeyd edəki ki, Respublika Fənn Olimpiadaların zona turunun iştirakçısı olan 75 nəfər şagirddən 4 nəfəri Respublika final mərhələsində iştirak edib, iki nəfəri isə I yer tutaraq “Qızıl medl” a layiq görülüb. Respublika Fənn Müsabiqələrinin zona turunun iştirakçısı olan 66 nəfərdən , 2 nəfəri Respublika final mərhələsində II və III yerə layiq görülüblər.

Sonda qiymətli hədiyyələr və fəxri fərmanlar qaliblərə təqdim edilib və  birgə xatirə şəkli çəkdirilib.

 


Açar sözlər: ,  ,