06.10.2021

      Xaçmaz rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Rayon rəsmiləri, təhsil işçiləri və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Koronovirus pandemiyası səbəbindən onlayn formatda davam edən tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova ölkəmizdə təhsil sahəsinin inkişafı və müəllimlərə göstərilən yüksək dövlət qayğısından danışıb.

Qeyd olunub ki, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl pedaqoqların mükafatlandırılması, təhsil işçilərinin əmək haqlarının artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bu sahəyə qayğının parlaq nümunəsidir.

Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, son illər rayonun təhsil işçilərindən 15 nəfəri “Əməkdar Müəllim” fəxri adına layiq görülüb, habelə 14 müəllim “Tərəqqi” medalı, 7 nəfər isə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilib.

Onlayn tədbirdə digər çıxış edənlər rayonun təhsil işçilərini əlamətdar bayram münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayıblar.

 

 

 

 


Açar sözlər: ,  ,