19.11.2021

           Azərbaycan uşaqlarının V Ümumrespublika Forumu keçirilib

Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib.

            Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan Forumda ölkəmizdə dövlət uşaq siyasətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

            Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan uşaqlarının ümumrespublika forumlarının 2009-ci ildən keçirildiyini xatırladaraq belə tədbirlərin uşaq hüquqlarının qorunması, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramları və fəaliyyət planlarının hazırlanmasında, həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.  

Qeyd edək ki, uşaqların V  Ümumrespublika Forumunda Xaçmaz rayonunun Çingiz  Abdullayev adına tam orta məktəbin IX sinif şagirdi Jalə Rüstəmova birbaşa iştirakçı, məktəbin XI sinif şagirdi Nigar Bəybalayeva və  akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyin X sinif şagirdi Nağdəliyeva Cahidə onlayn formatda iştirakçı qismində iştirak ediblər.


Açar sözlər: ,