20.12.2021

Xaçmaz məktəbliləri arasında “Narkomaniyaya yox deyək” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib

18 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu Əzizəddin Tahirov adına Köhnə  Xaçmaz tam orta məktəbində Xaçmaz  Rayon  Polis Şöbəsi və Xaçmaz  Rayon Təhsil Şöbəsinin dəstəyi ilə inşa yazı müsabiqəsinin rayon mərhələisi keçirilib. Müsabiqədə rayonun ümumi təhsil məktəblərindən 57 nəfər şagird iştirak edib.

İnşa yazı müsabiqəsinin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problemlər, zərərli vərdişlərin insan sağlamlığına yaratdığı fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək, yazı sahəsində məktəblilərin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və istedadlı uşaq və gəncləri üzə çıxarmaq olub.

Qeyd edək ki, qaliblər Xaçmaz Rayon Polis Şöbəsi və Xaçmaz Rayon Təhsil Şöbəsi tərəfindən diplom və hədiyyələrlə təltif ediləcək.

             

 


Açar sözlər: ,  ,