03.02.2022

Xaçmaz rayonunun ümumi təhsil məktəb şairdləri arasında “Zəfər dastanı” adlı şeir müsabiqəsi keçirilib

2 fevral Gənclər günü münasibətilə Xaçmaz rayonunun ümumi təhsil məktəb şagirdləri arasında “Şuşa ili” ilə əlaqədar  “Zəfər dastanı” adlı şeir müsabiqəsi keçirilib.

Müsabiqədə rayonun ümumi təhsil məktəblərinin VIII-XI sinifləri olmaqla 40 nəfər şagird iştirak edib. Müsabiqənin rayon mərhələsində akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb liseyin IX sinif şagirdi Musayev Böyükağa I yerə, Xudat şəhər 5 nömrəli ümumi orta məktəbin IX sinif şagirdi Mahmudova Əsli və Hülövlü kənd tam orta məktəbin VIII sinif şagirdi Əliyeva Nazənin II yerə, C.Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Babayev Anar və Qadaşoba kənd tam orta məktəbin IX sinif şagirdi Müzəffərova Ramilə III yerə layiq görülüblər. Digər 10 nəfər məktəbli isə şeir müsabiqəsində fərqlənib.

 Tədbirdə  Rayon Təhsil Şöbəsinin Azərbaycan ili və ədəbiyyatı fənni üzrə metodist İmran Museyibov və Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Nizami Mustafayev çıxış edərək qalibləri təbrik edib, onlara gələcəkdə keçiriləcək müsabiqələrdə uğurlar arzulayıblar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, təhsilalanların nitq məəniyyətinə, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıciliq bacarıqlarının inkişaf etməsinə dəstək vermək olub.

Sonda qaliblər, Xaçmaz Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

 

 


Açar sözlər: ,  ,  ,