04.04.2022

Aprelin 2-də ölkə məktəbliləri arasında ilk dəfə keçirilən “Düşünən oxucu” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Mərasimdə Xaçmaz rayonunu təmsil edən akademik Zərifə Əliyeva adına məktəb-liseyin 9-cu sinif şagirdi Əliyeva Nigar Vaqif qızı müsabiqənin qalibi olub. Daha sonra Təhsil Nazirinin müavini Firudin Qurbanov tərəfindən şagirdimiz diplom və qiymətli hədiyyələrlə təltif olundu.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin müstəsna rolu vardır. Nazir müavini bildirib ki, şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri tətbiq etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.

“Düşünən oxucu” müsabiqəsinin keçirilməsini zəruri edən əsas məqamları diqqətə çatdıran Firudin Qurbanov müsabiqənin qaliblərini, onların müəllimlərini və valideynlərini təbrik edib, onlara təhsildə və müstəqil həyatda nailiyyətlər arzulayıb.

 


Açar sözlər: ,