Xaçmaz  rayon ümumtəhsil məktəblərində 2 Fevral -Gənclər Günü ilə bağlı onlayn formatda  tədbirlər keçirilib

Rayonun ümumtəhsil məktəblərində 2 Fevral -Gənclər günü ilə bağlı onlayn formatda keçirilən tədbirlərdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonara tədbirdə ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin bu sahədə dövlət siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından, cənab Prezidentimiz İlham Əliyevin  hər zaman gənclərə göstərdiyi diqqət və qayğısından, Azərbaycan gənclərinin ölkə həyatının bütün sahələrində təmsil olunaraq qazandığı uğurlardan söz açılıb. Xüsusilə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun sayəsində 30 ilə yaxın düşmən tapağında olan torpaqlarımızın azad edilməsindən,qazanılın qələbəmizdən danışılıb.

 

 


Açar sözlər: